Şimal Donanmasının komandiri, Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı səlahiyyətlərini icra edəcək.
Publika.az xəbər verir ki, təyinat barədə Sankt-Peterburqun “Fontanka” nəşrinin mənbələri məlumat yayıb.
"Şimal Donanmasının komandiri admiral Moiseyevin baş komandan səlahiyyətlərini icra edən şəxs təyin edilməsi barədə artıq Ali Komandanlığın şəxsi heyətinə məlumat verilib”, – nəşr mənbələrə istinadən yazır.
Vurğulanıb ki, Admiral Nikolay Evmenovun adının hələ də Müdafiə Nazirliyinin saytında Hərbi Dəniz Qüvvələrinin hazırkı Baş Komandanı kimi qeyd olunmasına baxmayaraq, o, kabinetinə qayıtmayacaq.
Hüseyn İbadlı