Texnologiya nəhəngi “Apple” istifadəçilərə sağlamlıqlarını daha yaxından və asanlıqla izləmək imkanı vermək üçün yeni ağıllı üzük hazırlayır. Oxşar məhsul "Samsung"dan gəlir və üzüyün "Galaxy Ring" adlanacağı gözlənilir.
Publika.az xəbər verir ki, “Electronic Times” yazır ki, “Apple” üzük üzərində işini gücləndirib, çünki ağıllı üzük şarj etmədən barmaqlarda daha uzun müddət qala bilir və yuxu zamanı daha rahat quruluş təqdim edir.
"Apple" bir neçə ildir ki, taxıla bilən üzük ideyası ilə məşğul olur. Lakin məlumdur ki, “Samsung” da oxşar üzük üzərində işləyir. Hətta "Samsung"un bu üzüyü daha tez çıxara biləcəyi gözlənilir.
Ağıllı saatlar ürək ritmini ölçməyə, yuxuları izləməyə və yandırılan kaloriləri görməyə imkan versə də, ağıllı üzüklər daha çox funksiya həyata keçirəcək.
Roza