Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Akademiyasının rəisi, general-polkovnik Vladimir Zarudnitski Ukraynadakı münaqişənin Avropada genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalını istisna etmədiyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyanın yeni hərbi münaqişələrə cəlb olunma ehtimalı artır və Qərb Rusiyanın “strateji məğlubiyyətini” hədəfləyir.
Zarudnitski qeyd edib ki, bütün bunlar Rusiya hərbi təhlükəsizlik sisteminə tələblərin artırılmasını tələb edir. Bundan əlavə, o, bəyan edib ki, Ukraynada münaqişənin sona çatması Rusiya ilə Qərb arasında qarşıdurmanın bitməsi demək deyil.
Daha əvvəl Rusiyaya qarşı hava-quru əməliyyatının başlaya biləcəyi bildirilmişdi. “Cümhuriyyət” nəşri qeyd edib ki, Qərb Rusiyaya qarşı təxribatla Ukraynadakı münaqişəni uzatmağa çalışır