Türkiyə telekanallarından birinin aparıcısı zəlzələ zamanı yayımı davam etdirib.
Publik.az xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Aparıcı xəbərləri oxuyarkən birdən studiyada hər şey titrəməyə başlayıb.
"Ay Allah... bu qorxuludur, bu hələ də davam edir, dostlar, bəlkə titrləri açaq?" – aparıcı deyib. Arxa fonda qışqırıqlar eşidilir və bütün avadanlıqlar titrəyir.