Mümkün olan hər şeyi etmək lazımdır ki, dünyanın aparıcı gücləri bir gün silahlara nəzarət məsələlərini müzakirə etsinlər. Həmçinin onların azaldılması ilə bağlı razılığa gəlsinlər.
Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
"Bizim etdiyimiz hər şey, silahlara nəzarət məsələləri dünyanın böyük dövlətləri tərəfindən müzakirə edilir. Silahların ixtisarına dair bir-birimizlə razılaşaraq silahlanma yarışından çıxacağımız an gəlməlidir", - kansler vurğulayıb.
Eyni zamanda, Şolts Rusiyanın bütün tərksilah müqavilələrindən çıxdığını və Almaniyanın buna cavab verməli olduğunu deyib: "Buna görə də biz o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməsin".
Qeyd edək ki, iyulun 10-da ABŞ və Almaniyanın birgə bəyanatında deyilir ki, Vaşinqton 2026-cı ildə Almaniya ərazisində hazırda Avropada yerləşdirilənlərdən daha uzun mənzilli yeni atəş silahları yerləşdirməyə başlayacaq. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, Vaşinqtonun bu cür planları raket silahlanma yarışı ehtimalını artırır və nəzarətsiz eskalasiyaya səbəb ola bilər.
Cəmilə