05.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Zəngəzur dəhlizini inşa edən şirkət yaradılacaq 

05 noy 2025 13:00
GÜNDƏM
ads

"Mən gözləyirəm ki, nə vaxtsa Amerika nümayəndə heyətinin də Efrmənistana səfərləri olacaq".

Qutb.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 5 noyabrda parlamentdə jurnalistlərlə söhbətində "Tramp marşrutu" proqramının bir hissəsi olaraq Amerika nümayəndə heyətinin səfərlərinin gözlənilib-gözlənilmədiyi ilə bağlı suala cavabında bildirib.

"Konkret, formal mənada ikitərəfli işçi qrupuna ehtiyac olub-olmadığını bilmirəm. Əgər varsa, yaradılacaq. Müzakirələr gedir. "Tramp marşrutu" proqramı çərçivəsində müxtəlif infrastruktur layihələri cəlb edilə bilər", - Mirzoyan "Zəngəzur dəhlizi" barədə deyib.

Bu çərçivənin artıq müəyyən edilib-edilmədiyi soruşulduqda, xarici işlər naziri belə cavab verib: "Aydındır ki, bu, dəmir yolu, qaz kəməri, neft kəməri və ya elektrik xətləri ola bilər. Bütün bunlar müzakirə edilə bilər".

Jurnalistlər qeyd ediblər ki, "Tramp marşrutu" proqramı konsorsiuma üçüncü tərəfin də qoşulmasını nəzərdə tutur. Üçüncü tərəf haqqında artıq bir şeyin məlum olub-olmadığı soruşulduqda, Mirzoyan belə cavab verib: "Bu kontekstdə 'üçüncü tərəf' dedikdə, biz bir ölkəni və ya hökuməti nəzərdə tutmuruq. Biz Ermənistan və ABŞ-ın layihəni tikmək hüququna malik bir şirkət yaradacağını nəzərdə tuturuq".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur