Rusların Xarkov sənaye zonası istiqamətində raket zərbəsi endirdiyi barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, Ukrayna mənbələrinin sözlərinə görə, nəticədə mətbəə dağılıb, iki fəhlə ölüb, biri yaralanıb. "Hustler" və "Playboy" jurnallarının bütün çapı yandırılıb.
Bununla belə, eyni mənbələr onu da əlavə ediblər ki, “çap sahəsi” hərbi və təhlükəsizlik qüvvələrinin qoşa halqası ilə əhatə olunub ki, bu da belə hallar üçün ən azı qəribədir. Rusiya mənbələrinin məlumatına görə, qərbli mütəxəssislərin də yerləşdiyi pilotsuz təyyarələr istehsal edən zavod dağıdılıb.
Bu arada iran mənbələri bir qədər fərqli fakta eyham vurub:
"Rusiya silahlı qüvvələri NATO-nun Xarkovdakı muzdlu bazasını vurub. Onun yanında dron emalatxanası da var ki, burada istehal əsasən “qərb mütəxəssisləri”nin rəhbərliyi altında həyata keçirilir. Bu da özlüyündə artıq “mətbəənin ərazisinin hərbi və təhlükəsizlik qüvvələrinin qoşa halqası ilə əhatə olunması” faktını təsdiq edir".
Cəmilə