Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Sumqayıt” futbol klubunun təşkil etdiyi “Yay futbol düşərgəsi” layihəsi çərçivəsində şəhid və qazi övladları üçün “açıq qapı” günü keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir zamanı şəhid və qazi övladları Sumqayıt Regional Mərkəzinin texnika və avadanlıqları ilə tanış olub, həmçinin Mərkəzin xilasediciləri tərəfindən təşkil olunan kombinə edilmiş yanğın estafet oyununda iştirak ediblər.
“Açıq qapı” günündə Sumqayıt RM və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin əməkdaşları iştirak ediblər.
Maraqla keçən tədbirin sonunda Mərkəz tərəfindən uşaqlara xatirə hədiyyələri təqdim olunub.