Cümə axşamı Çikaqo Ticarət Birjasında (CME) qızılın qiyməti tarixdə ilk dəfə bir troy unsiyası üçün 2712,25 dollara çatıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ticarət platformasının yaydığı məlumatda qeyd edilib.
Bakı vaxtı ilə saat 19:05-ə olan məlumata görə, CME-də dekabr qızıl fyuçersləri bir unsiya üçün 2711,05 dollara satılırdı. İlin əvvəlindən qiymətli metal üzrə törəmələrin qiyməti təxminən 30% artaraq son 14 ildə maksimum illik artımı nümayiş etdirib.
Xatırladaq ki, qızılın qiyməti sentyabrın 26-da bir troya unsiyası üçün 2700 dolları keçdi. Qiymətli metal ənənəvi olaraq qənaət üçün “təhlükəsiz sığınacaq” reputasiyasına görə iqtisadi və geosiyasi qeyri-sabitlik dövründə bahalaşır.
Qeyd edək ki, Çin Xalq Bankı sentyabrda ardıcıl 5-ci dəfə ölkənin qızıl ehtiyatlarını artırmaqdan imtina edib. Əsas səbəb aktivin yüksək qiymətidir. Tənzimləyicinin satınalmada fasiləni davam etdirəcəyi gözlənilir.
Hüseyn İbadlı