Bakıda "Metropark" ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.
Polis yanlış məlumat verən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiq olunub.
Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.
Milli.Az