24.08.25 | Bakı 23.03° C |
10:06:25
Lent :

NATO məntəqəsi elektriksiz qaldı

24 avq 2025 10:00
DÜNYA
ads

İsveçin Qotland adasında - NATO dəniz qüvvələrinin yerləşdirilməsi üçün vacib məntəqə sayılan ərazidə kabel zədələnməsi səbəbindən geniş miqyaslı elektrik enerjisi kəsintisi baş verib.

 

Qutb.az xəbər verir ki, bu barədə İsveç enerji şirkəti "Geab" məlumat verib.

 

"Qotlandın bütün ərazisində elektrik enerjisi kəsintisi baş verib. Nasazlığın müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - məlumatda deyilir.

 

Şirkət elektrik enerjisinin kəsilməsi haqqında 23 avqust axşam saatlarında, bir neçə saat sonra isə elektrik enerjisinin verilişinin bərpa olunması barədə məlumat yayıb.

 

"Horisont Magasin" jurnalının yazdığına görə, kəsintilər bütün adada su təchizatında fasilələrə səbəb olub. Qotland hakimiyyəti sakinləri potensial çatışmazlıq səbəbindən içməli suyu daha qənaətlə istifadə etməyə çağırıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
23.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur