01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Masazırdakı hoteldə qadını öldürən şəxsə hökm oxundu

22 mar 2024 03:00
GÜNDƏM
ads
Advertisement

Masazırda yerləşən “Göyçə” hotelində 32 yaşlı Turanə Cavadovanın qətli ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə istintaqı ilə hadisənin necə baş verdiyi və səbəbi məlum olub. İstintaq materiallarında bildirilib ki, təqsirləndirilən Rəsul Niftəliyev hadisəni quldurluq niyyəti ilə törədib.

28 yaşlı Rəsul Turanəni Xırdalan dairəsi kimi tanınan ərazidə görüb. Qadının kişilərlə pul qarşılığında görüşdüyünü anlayan Rəsul onun qazandığı məbləği ələ keçirmək qərarına gəlib. Həmin gün Turanə ilə görüş haqda razılığa gələrək Masazır qəsəbəsindəki mehmanxanaya üz tutub.

Otağa daxil olduqdan bir müddət sonra Rəsul Turanədən üstündəki pulları verməsini tələb edib. Turanə buna etiraz edib, onların arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Rəsul iki əli ilə Turanəni boğaraq öldürüb. Bundan sonra onun üzərindəki 150 manatı götürərək hoteldən qaçıb.

Təqsirləndirilən şəxs ifadəsində hadisə günü narkotikin təsiri altında olduğunu, Turanəni onun yaxınlarını söydüyünə görə öldürdüyünü deyib.

Bütün şahidlər dindirildikdən, sənədlər tədqiq edildikdən sonra hökm elan edilib.

Hökmə əsasən, R.Niftəliyev quldurluq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur