29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

ABŞ-da Bakıya qarşı sanksiya və İrəvana dəstək planı

03 may 2024 07:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Konqresinin Nümayəndələr Palatasında Qarabağdan Ermənistana qayıdan ermənilərə 200 milyon dollar yardımın ayrılması, həmçinin, Ermənistana hərbi yardımın genişləndirilməsi gündəmə gəlib.

Publika.az
xəbər verir ki, Nümayəndələr Palatasının 66 üzvü Ermənistana və “Qarabağdan çıxan ermənilərə” dəstək verilməsi ilə bağlı komitə rəhbərlərinə müraciət ünvanlayıb. Müraciətdə Azərbaycana qarşı sanksiyaların tətbiqinin araşdırılması da tövsiyə edilir, Bakıya qarşı “hərbi cinayətlərin törədilməsi” iddiası irəli sürülür.

Bu təşəbbüs Konqresin Erməni Qrupu tərəfindən hazırlanıb. Qrupun həmsədri Frenk Fallonun rəhbərlik etdiyi Erməni Amerika Komitəsi tərəfindən dəstəklənən müraciətdə qeyd olunur:

- “Dağlıq Qarabağdan didərgin düşmüş qaçqınlar” üçün 200 milyon dollar ayrılsın;
- ABŞ-ın Azərbaycana bütün hərbi və təhlükəsizlik yardımları dayandırılsın, Dövlət Departamenti Azərbaycan rəsmilərinə qarşı mümkün sanksiyaları araşdırsın;
- Ermənistana hərbi yardım genişləndirilsin: 20 milyon dollar xarici hərbi xərclərə (erməni ordusunun beynəlxalq əlaqələrinin qurulması), 10 milyon dollar beynəlxalq hərbi təhsil və təlimə, 10 milyo dollar hüquq-mühafizə orqanlarında islahatların aparılmasına, 10 milyon dollar demorkatik islahatlara ayrılsın.

Müraciəti şərh edən Erməni Amerika Komitəsinin Vaşinqton ofisinin icraçı direktoru Aram Hambaryan bildirib ki, onlar Azərbaycana hərbi yardımın qadağan edilməsini, Əliyev hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsini, “Qarabağ qaçqınlarına” əhəmiyətli yardımın göstərilməsini tələb edən müraciətə qoşulurlar.

“ABŞ bütün dünyada böhran zonalarına on milyardlarla dollar pul ayırır. Prezident Baydenin “Qarabağ qaçqınlarına” 20 milyon dollardan az məbləğ ayırması ABŞ üçün ayıbdır”, - o deyib.

Erməni Amerika Komitəsi Konqresin bütün üzvlərinin bu təşəbbüsə qoşulması üçün kampaniyaya başlayıb.

Göründüyü kimi, ABŞ-da gündəmə gələn bu təşəbbüsün müəllifi erməni lobbisidir və Qarabağda suverenliyini bərpa edən Azərbaycandan qisas almaq məqsədi daşıyır.

Asif



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur