Kollektiv Qərb postsovet məkanını təcrübə meydanı hesab edir.
QÜTB.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində deyib.
“Qərb və NATO sisteminə daxil olan dövlətlər, təəssüf ki, postsovet məkanına öz təcrübələri üçün bir sahə kimi baxırlar”, - o bildirib.
Zaxarova qeyd edib ki, bu yolla Qərb ölkələri həm postsovet ölkələrinin mədəniyyətini neytrallaşdırmağa, həm də onların resurslarını idarə etmək imkanı əldə etməyə çalışır.