Ermənistanda sıfırlarla avtomobil nömrələrinin satışının birinci mərhələsi həyata keçirilib.
Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, ilk hərracda 10 nəfər iştirak edib, 48 dövlət nömrə nişanından 7-si satılıb.
Satışdan 156 milyon 200 min dram (təxminən 371 min dollar) daxil olub. Daxili İşlər Nazirliyi bir nömrənin neçəyə satıldığını deməkdən imtina edib.
Amma “Hraparak”ın əldə etdiyi məlumata görə, “00оо000” dövlət nömrə nişanı 30 milyon (təxminən 74 min dollar) drama satılıb.
Tural