Pərəstişkarlarına arzulanan enerji hissi bəxş edən energetik içkilərin tərkibində çoxlu miqdarda şəkər və kofein var. Bu iki inqrediyent sinir və ürək-damar sistemlərinə mənfi təsir göstərir.
Publika.az xəbər verir ki, bu sözləri kardioloq və diyetoloq Asiya Xaçırova Rusiyanın "360" telekanalına müsahibəsində bildirib.
"Əgər bir insan enerji içkisi içirsə və üstündən də qəhvə içirsə, bu, ikiqat pisdir. Çünki tərkibində çoxlu kofein var və bu, ürək-damar sisteminə zərərli təsir göstərir. Kofeinin həddindən artıq dozası səbəbindən baş verən qəfil ölüm halları da artıb", - mütəxəssis xəbərdarlıq edib.
Onun sözlərinə görə, gündə iki butulkadan çox enerji içkisi içsəniz, kofein böyrəküstü vəzilərə stimullaşdırıcı təsir göstərəcək ki, bu da onların tez sıradan çıxmasına səbəb olacaq.
Alimlər həmçinin müəyyən ediblər ki, enerji içkiləri yeniyetməlik dövründə psixi pozğunluqlar yaradır. Onlar depressiya, narahatlıq, intihar, diqqət çatışmazlığı pozğunluğu və hiperaktivliyə səbəb ola bilər.
İstehsalçılar özləri həddindən artıq dozanın qarşısını almaq üçün gündə birdən çox enerji içkisi tövsiyə etmirlər. Əsəbilik, apatiya və depressiya, həyəcan, ürək ritminin xroniki pozulması əsas simptomlardır. Yaxşı olardı ki, kofe kimi enerji içkiləri də günorta 12-dən əvvəl, səhər yeməyindən sonra içilsin.
"Şəkərin həzm olunma sürətini, boyaların və qazların mədə divarlarına zərərli təsirlərini azaltmaq üçün yeməkdən sonra içilməlidir. Ac olanda tərkibində kofein olan içkilər içirsinizsə, mədə xorası və ya qastriti inkişaf etdirə və riski artıra bilərsiniz", - diyetoloq-valeoloq və “Əsas sağlamlıq xidməti” kursunun müəllifi Natalya Petrova izah edib.
Onun fikrincə, energetik içkilərin alternativ stimulyatorlarına müraciət etmək daha yaxşıdır. Yüngül məşq, qaçış, yoqa, kontrastlı duş sizə tonik içkilərlə eyni enerji yükünü verəcək. Eyni zamanda, “geri çəkilmə” olmayacaq və insanlar gəncliyini uzadacaq.
Aytən