Rusiya prezidentinin sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkili Boris Titov bildirib ki, Moskva bir daha Qərbə üz tutmayacaq.
Publika.az xəbər verir ki,Titov Rusiyanın Qərbə üz tutmasını istisna edib və deyib ki, ABŞ və Aİ sanksiyaları götürülsə belə, bu baş verməyəcək.
“İnanın, geri dönüş olmayacaq. Həm də təkcə ona görə yox ki, Rusiya ilə indi Qərbin icazə verdiyi şəkildə ünsiyyət qurmaq qəbuledilməzdir”.
Sahibkar əlavə edib ki, söhbət inciklikdən, kin-küdurətdən getmir. O, Qərblə münasibətləri Rusiya üçün keçmiş, eləcə də “bəşəriyyətin keçmişi” adlandırıb. Titovun fikrincə, gələcək Şərq və qlobal Cənubla əməkdaşlıqdadır.
Cəmilə