29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu üç ölkə böyük İskəndərin mirasını bölüşə bilmir: Diplomatik qalmaqal

20 iyn 2024 09:00
GÜNDƏM
ads
Advertisement

Yunanıstan, Şimali Makedoniya və Bolqarıstan Makedoniyalı İskəndərin mirasını bölüşə bilmir.

Publika.az xəbər verir ki, Yunanıstan torpaqlarında doğulan Makedoniyalı İskəndərin Şimali Makedoniya ilə o qədər də əlaqəsi yoxdur. Lakin bu torpaqlarda tapılan imperiya dövrünə aid əsərlər paytaxt Skopyeni bu irsi qorumağa təşviq edir. Bolqarlar isə Skopye küçələrindəki bəzi heykəllərin bolqar personajlarına aid olduğunu iddia edirlər.

Skopyenin mərkəzi meydanında at üstündə Makedoniyalı İsgəndərin heykəli ucalır. Lakin əsl problem sərgilənən tarixin başqa ölkələr tərəfindən mənimsənilməsidir. Keçmişin kimə məxsus olması ilə bağlı müzakirələr Şimali Makedoniyanın Avropa Birliyinə daxil olmasını əngəlləmək kimi ciddi problemlər yaradır.

Yunanıstan Makedoniyanın NATO və Avropa Birliyinə daxil olmasına mane olacağına söz verib. Makedoniya Milli Birlik Partiyasının sədr müavini Timko Mucunski "Bu, bizim uydurduğumuz saxta tarix deyil" deyərək qərarlı olduğunu bildirib.

O, hökumət ölkənin adından “şimal” sözünü çıxarmaq istədiyinə işarə edərək Yunanıstanı qəzəbləndirib. May ayında yeni seçilən prezidentin ölkəni Makedoniya adlandırmasından sonra Yunanıstan səfirini geri çağırmalı olmuşdu.

Qeyd edək ki, eramızdan əvvəl 336-323-cü illərdə qədim Makedoniya kralı olan Makedoniyalı İskəndər tarixin ən böyük sərkərdələrindən biri hesab olunur. O, 20 yaşında taxta çıxıb və 30 yaşında Yunanıstandan Şimal-Qərbi Hindistana qədər uzanan nəhəng bir imperiya yaradıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur