"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də ayın ən yaxşı oyunçusu seçilib.
Publika.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Aprel ayında 36 yaşlı argentinalı 4 müntəzəm mövsüm matçında 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Xatırladaq ki, fevral-mart aylarının ən yaxşı oyunçusu mükafatı “İnter”in digər hücumçusu Luis Suaresə verilib.
Heybət