NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, yeni Rusiya-Şimali Koreya Hərtərəfli Strateji Tərəfdaşlıq sazişi avtoritar güclər arasında artan ahəngdarlığı nümayiş etdirir və demokratiyaların birliyinin vacibliyini vurğulayır.
Publika.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla Moskvanın Pxenyanla bağlı siyasətini əhəmiyyətli dərəcədə dəyişdirən qarşılıqlı müdafiə öhdəliklərini özündə əks etdirən müqavilə imzalayıb.
NATO-nun baş katibi Şimali Koreyanın Rusiyaya “böyük miqdarda sursat” verdiyini, Çin və İranın da Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyanın hərbi-sənaye kompleksinə əhəmiyyətli yardım etdiyini bildirib.
“Biz başa düşməliyik ki, avtoritar güclər getdikcə birləşir. Onlar bir-birini heç vaxt görmədiyimiz şəkildə dəstəkləyirlər. Onların getdikcə birləşdiyi bir vaxtda - Şimali Koreya, Çin, İran, Rusiya kimi avtoritar rejimlər - bizim azadlıq və demokratiyaya inanan ölkələr kimi birləşməyimiz daha vacibdir”, - Stoltenberq Ottavaya rəsmi səfəri zamanı panel müzakirələrində çıxış edərkən bildirib.
Cəmilə