Rusiya atəşkəs danışıqlarına razıdır.
QÜTB.AZ xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
Orban yeni il ərəfəsində qısamüddətli atəşkəsin sülh üçün mühüm amil olduğunu qeyd edib: “Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”.
O, indi atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskinin məsuliyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, Zelenski daha əvvəl Macarıstanın vasitəçiliyindən imtina etdiyini açıqlamışdı.