14.03.25 | Bakı 11.24° C |
10:06:25
Lent :

Bakı-İrəvan razılaşmasına dünyadan REAKSİYALAR

14 mar 2025 02:00
DÜNYA
ads
Advertisement

Azərbaycan və Ermənistan sülh sazişi layihəsinin mətni ilə bağlı danışıqlar prosesini yekunlaşdırıb. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini əlaqə kanalları vasitəsilə çatdırıb.

Məlumatı Ermənistan XİN də təsdiq edib. İrəvan sülh sazişinin imzalanması üçün tarix və məkanı müzakirə etməyə hazır olduğunu bəyan edib.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb.

Rəsmi Bakı sazişin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsinin labüd olduğunu bildirib.

Qutb.az xəbər verir ki, bir çox xarici dövlət rəsmləri sülh sazişi ilə bağlı açıqlamara reaksiya verib.

Fransa Prezidenti Emmanuel Makron:

“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”.

Latviyanın xarici işlər naziri Bayba Braje:

"Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edirik”.

Estoniya xarici işlər naziri Marqus Sahkna:

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayırıq. Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır. Biz sülh sazişinin mümkün qədər tez imzalanacağına ümid edirik".

Avstriya Xarici İşlər Nazirliyi:

“Ermənistan və Azərbaycan arasında sülh işində əldə edilmiş irəliləyişi ürəkdən alqışlayırıq. Sazişin tezliklə imzalanacağına ümid edirik. Hərtərəfli və ədalətli saziş, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”.

ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson:

"Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!".

 

Yenilənir...

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.24° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur