29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“3 güllə atama vurub, 2 dəfə də mənə atəş açdı”

26 apr 2024 07:00
GÜNDƏM
ads

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb.

Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, rayonda “Cümü” ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmiş məhkumdur və kriminal mövzulara meylli şəxsdir.

Bir müddət əvvəl onunla iş adamı Müşfiq Məmmədov arasında dostluq münasibəti yaranıb. Müşfiq Cümşüdə daim maddi kömək edib, həmçinin bıçaqlanarkən onun xəstəxana xərclərini çəkib. Lakin daha sonra Cümşüdün daim pul tələb etməsi səbəbindən onların münasibəti korlanıb və telefonla danışarkən mübahisələri yaranıb.

Həmin vaxt Müşfiq dostuna bir gün sonra oğlunun imtahanı ilə bağlı Bakıdan Mingəçevirə gedəcəyini və gecəni Kürdəmirdə qalacağını deyib. Onlar vədələşdikləri kimi Kürdəmirdə 69-cu məhəllə adlanan ərazidə görüşüblər və bu zaman Müşfiqin avtomobilində oğlu Fərid də olub. M.Məmmədov maşından düşərək Cümşüdlə söhbət edərkən atəş səsləri eşidilib. Cümşüd 3 dəfə atəş açaraq iş adamını qətlə yetirib. Fərid avtomobildən düşərək mane olmaq istəyərkən daha 2 dəfə atəş açılıb. Lakin Fərid Məmmədova güllə dəyməyib.

Fotoda mərhum Müşfiq Məmmədov

Zərərçəkmiş şəxs qismində tanınmış Fərid Məmmədov “Cümü”nün silahı ona tuşlayaraq atəş açdığını, lakin açılmadığını deyib: “Fikirləşdim ki, burada ata-bala ikimizi də öldürəcək. “Cümü əmi, nə edirsən sən?!” deyəndən sonra Cümşüd bir az duruxsundu, silaha əlimlə zərbə endirib üstünə hücum çəkdim. Silahı Cümşüdün əlindən almaq istədim, badalaq verərək Cümşüdü yerə yıxdım. Baş verənlərə görə şokda idim. Atam yerə yıxılanda “Fərid, eləmə, Fərid, bura gəl, Cümü eləmə” dedi. Cümşüd isə əlimin altından silahı atama tuşlayıb bir dəfə atəş açdı, güllənin səsini eşitdim, əl-qolum boşaldı. Cümşüd ayağımın altından çıxdı, mən isə yerdə qaldım. Cümşüd silahı üzümə tuşlamışdı. Atam da qışqırdı ki, “Fəridə dəymə”. Cümşüd tətiyi çəkdi, lakin silah açılmadı. Cümşüd 3 güllə atama vurub, 2 dəfə də mənə atəş açıb. Lakin mənə tuşlayaraq atanda silah açılmadı, sonra məhəlləyə tərəf qaçdı”.

Cümşüd İsmayılov isə ifadəsində hadisə vaxtı Müşfiqin oğluna atəş açmadığını, onu öldürmək niyyətinin olmadığını bildirib.

İbtidai istintaq “Cümü” ləqəbli şəxsin Müşfiqin oğlunu da qətlə yetirmək istəməsi qənaətinə gəlib və ona qarşı bir neçə maddə ilə ittiham irəli sürülüb. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi həmin maddələr üzrə Cümşüdə bəraət verib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 228-ci (Xüsusi amansızlıqla adam öldürmə və qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə C.İsmayılova 18 il həbs cəzası verilib. Onun cəzasının 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli müəssisədə çəkəcəyi bildirilib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur