Fevralın 21-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Bu barədə Qutb.az-a Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Naftalan, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Balakən, Tovuz, Ceyrançöl, Göygöl, Gəncə, Altıağac, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Gədəbəy, Daşkəsən, Ağstafa, Şabran, Şəmkir, Ağdam, Biləsuvar, Sabirabad, Hacıqabul, Göyçay, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Astara, Beyləqan, Bərdə, Lerik, İmişli, Mingəçevir, Sabirabad, Yardımlı, Zərdab, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə qar yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.