12.03.25 | Bakı 5.03° C |
10:06:25
Lent :

Qayınatasından prokurorluğa şikayət edən gəlinə cinayət işi AÇILDI

11 mar 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb.

Qutb.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, S.Cəfərovanın həyat yoldaşı ilə problemləri olub.

O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin 1 həftə sonra S.Cəfərova kəndə - atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb.

O, evdən qaçdığı gün guya qayınatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib.

Aparılan ekspertiza zamanı S.Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb.

Cinayət işi açılan S.Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri qətimkan tədbiri seçilib.

Ağsu Rayon Məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur