Formula 1 komandası “Uilyams”ın nın 21 yaşlı argentinalı pilotu Franko Kolapinto Kral Yarışlarında debütü ərəfəsində azarkeşlərin onu Lionel Messi ilə müqayisə etməsindən danışıb.
QÜTB.AZ xəbər verir ki, Kolapintonun sözlərini “Racingnews365” sitat gətirib.
“Özünü Leo Messi kimi hiss etmək çox çətindir, amma bəzən azarkeşlərin bizi müqayisə etdiyini görürəm və düşünürəm: “Siz dəlisiniz, çünki Messi tanrı kimidir və heç bir müqayisə gəlmir. Amma 23 ildir ki, argentinalı Formula 1 sürücüsü yoxdur, ona görə də görünüşümün argentinalıları necə çox sevindirdiyini görə bilirəm, çünki bu, həm onlar üçün, həm də mənim üçün xüsusi bir məqamdır.
Düşünürəm ki, argentinalının Formula 1-də meydana çıxması təkcə məni deyil, bütün ölkəmizi sevindirmək üçün böyük səbəbdir. Mən gənc bir sürücü kimi hər hansı bir həmyerlimizə dəstək olmaq istərdim və indi o qədər insan Formula 1-ə baxmağa gəlir, Bunu görmək çox gözəldir”, – Kolapinto bildirib.