28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

ABŞ-ın şok planı: Türkiyə ilə sərhədə görün nə göndərir

15 noy 2024 12:01
DÜNYA
ads

Cənubi Kipr ilə sıx təmaslarını artıran ABŞ Dədəağacda olduğu kimi adada da hərbi baza qurmaq üçün hərəkətə keçib. İsrailin təhlükəsizliyi, Şərqi Aralıq dənizindəki karbohidrogen yataqlarını ələ keçirməsi, Türkiyə və Rusiyaya təzyiq planı kimi şərh edilən ABŞ-ın strategiyasına ən böyük maneə Türk Dəniz Qüvvələri olaraq görülür.

QÜTB.AZ xəbər verir ki, bu barədə yazan “Haber Global”ın köşə yazarı Mert İnan bölgədəki hadisələrin gedişatı ilə bağlı təhlil aparıb.

Onun sözlərinə görə, keçmiş Pentaqon rəsmisi Maykl Rubin “The National Interest” jurnalındakı son məqaləsində Cənubi Kiprdəki İngilis bazalarının ABŞ-a köçürülməsini gündəmə gətirib.

Məqalədə Akratori və Dhekelia baza bölgələrinə işarə edən Rubin, Türk Hərbi Dəniz Qüvvələrinin gücünə toxunub: “Birləşmiş Krallıq Kiprdəki bazalarına nəzarəti də ABŞ-a verə bilər. Akrotiri və Dhekeliyanın ABŞ tərəfindən icarəyə götürülməsi pezident Hristodoulidesin 30 oktyabr 2024-cü ildə Ağ Evə səfəri zamanı vurğulanan ABŞ-Kipr əlaqələrini daha da gücləndirə bilər”.

“Oyun” quruldu

Son hadisələr yaşanarkən təqaüdçü vitse-admiral Kadir Sağdıç ŞKTC və Şərqi Aralıq dənizində İngiltərə-ABŞ planları ilə bağlı mühüm açıqlamalar verib: "ABŞ-ın Türkiyə Hərbi Dəniz Qüvvələrinə təzyiqi 30 ildən çoxdur davam edir. Hərbi Dəniz Qüvvələrinin vətənpərvər zabitləri ABŞ-ın planlarına qarşı olduqları üçün FETÖ-nün oyunlarının qurbanı olublar”.

ABŞ gücünü itirir

Montrö boğazlar konvensiyasının əhəmiyyətinə toxunan Sağdıç, İngiltərə-ABŞ-ın Kiprdəki planları və Türkiyə Hərbi Dəniz Qüvvələrinin gücü ilə bağlı bunları deyib: “Ruslar Latakiya və Suriya sahillərində hökmranlıq əldə edəndə ABŞ gözünü Kipr Rum tərəfindəki bazalara dikdi. Birqütblü dünyada İngiltərə-ABŞ hökmranlığı var idi, lakin bu gün güclər bölünüb. Şərqdə Çin mərkəzli bir quruluş, Avrasiyada isə Rusiya-Çin mərkəzli bir güc mərkəzi mövcuddur”.

Sakit okeana keçid

ABŞ Kipr Rum tərəfində ehtiyat toplayır. Bəs bu ehtiyatdan kimə qarşı istifadə edəcəklər?

"ABŞ və Aİ Türkiyə kimi güclü ölkəni itirmək istəmir. Qərb sisteminin itirdiyi Türkiyə Avrasiya Bloku üçün qazanc olardı. Əgər Tramp Asiya-Sakit Okean bölgəsinə yönəlsə, Rum bölgəsindəki ehtiyatı ləğv etməsi lazım olacaq. Adaya yığılan hər ABŞ ehtiyatı Hind Okeanından güc azalmasıdır. Unudulmamalıdır ki, ABŞ üçün bir təyyarədaşıyan gəminin tikintisinin dəyəri 15 milyarddır. Üstəlik, vurula bilməyəcəyi düşünülən bu gəmilər indi vurula bilər. Türkiyə Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizində ən güclü hərbi qüvvədir.

Hərbi güc yetərlidir

İngiltərə bazalarının ABŞ-a təhvil verilməsi gündəmdədir. Pentaqonun Kiprin Rum tərəfində toplanması davam edir. İkinci Tramp dövründə Rusiya-Ukrayna və İsrail-Qəzza münaqişələrinin gedişatı Kiprdəki siyasət üçün də həlledici olacaq. ABŞ Qara dənizdə hökmranlıq qurmaq üçün Montrönü zəiflətməyə çalışarkən, buna qarşı çıxan Türk Donanmasını hədəf alır. Bilinməlidir ki, bizim həm ŞKTC-ni müdafiə etmək, həm də Suriyadakı terror dəhlizini məhv etmək üçün hərbi gücümüz var", - müəllif qeyd edib.

ABŞ-dan mesaj

Ötən həftə ABŞ-a səfər edən Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu həmkarı Lisa Françetti ilə görüşüb. Görüşün sonunda həm ABŞ Hərbi Dəniz Qüvvələri, həm də admiral Françetti tərəfindən verilən açıqlamalarda müttəfiqlər və tərəfdaşlarla güclü əməkdaşlıq vurğulanıb. Qeyd olunub ki, Türkiyə NATO-nun əsas müttəfiqidir və ABŞ strateji ikitərəfli əlaqələrə dəyər verir.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur