Yaxın 5 ildə Qarabağ Universitetində tələbə sayının 5 min nəfərə çatdırılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 6 fakültə - pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, beynəlxalq münasibətlər üzrə yeni tədris ilində ilkin mərhələdə 1 000 tələbə qəbulu olacaq.
Nazir bildirib ki, əməkhaqqının orta göstəricidən artıq olması nəzərdə tutulur:
"Bütün vakansiyalar barədə elan veriləcək. Xankəndi, Ağdam və Şuşadan olan alimlərlə görüş keçirməyi düşünürük. Azərbaycandan kənarda yaşayan mütəxəssisləri də orada görməyi çox istəyirik".