İyulun 30-da Ermənistan və Türkiyə arasında nizamlanma prosesinin xüsusi nümayəndələri, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan və səfir Serdar Kılıç iki ölkənin sərhədindəki Marqara-Alican keçid məntəqəsində beşinci görüş keçiriblər.
Publika.az xəbər verir ki, “NEWS.am”a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, onlar əvvəlki görüşlərdə əldə olunmuş razılıqları təsdiqləyiblər.
Onlar həmçinin Ahurik/Akyaka dəmir yolu üzərindəki sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasına, habelə diplomatik/rəsmi pasport sahibləri üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılmasına imkan verəcək regional inkişaflara uyğun olaraq texniki ehtiyacların qiymətləndirilməsi barədə razılığa gəliblər.
Tərəflər sonda iki ölkə arasında tam nizamlanma kimi son məqsədə nail olmaq üçün heç bir ilkin şərt olmadan nizamlanma prosesinin davam etdirilməsi