28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Qadın gözəlliyinin gücü qırmızıdadır

08 mar 2024 14:00
GÜNDƏM
ads

Bol hədiyyəli bayram yaxınlaşır - 8 Mart Beynlxalq Günü. İnanırıq ki, bu, özünüzü və yaxınlarınızı sevindirmək üçün əla səbəbdir. Ancaq bayram obrazı hazırlamağı da unutmayın. Tədbirin formatından asılı olmayaraq, siz qüsursuz görünmək istəyirsiniz və mükəmməl paltar tapmaq çox səy tələb edir. Qırmızı rəng uzun illərdir 8 Martın daimi sivmoludur. Əgər hələ də axtarışdasınızsa, qırmızı donlar ən yaxşı seçim olacaq. Ümumiyyətlə, qırmızı rəng 8 Martda xanımlara xüsusilə yaraşır və gözəlliyinizi vurğulamağa kömək edir.

Bəs libas hansı üslubda olmalıdır?

Əvvəlcə uzunluğa qərar verməlisiniz: mini, midi və ya maksi? Və ya bəlkə simmetrik olmyayan bir don istəyirsiniz? Bu mövsümün trendi drape, şəffaf, dərin dekolteli, dəri və həcmli dekorlu paltarlardır. Alarkən ilk növbədə, üstünlüklərinizə diqqət yetirin: möhtəşəm bir kəsim istəyirsiniz? Yoxsa lakonik silueti olan qırmızı paltara üstünlük verirsiniz? Mağazalarda istənilən seçim var. Məsələn, lazımsız detalları olmayan midi və ya maksi ziyafət libasları həmişə sərfəli görünür. Və yaxın bir neçə ildə dəbdən düşmə ehtimalı yoxdur. Gecə geyimini xatırladan romantik üslublu modellər isə yay şənliklərində mütləq ki, işinizə yarayacaq. Alternativ seçim uzunqollu maksi donlardır. Bu üslub qadın silueti yaradacaq. Paltarı dikdaban və bəzək əşyaları ilə tamamlamağı unutmayın.

Əgər ruhunuz mini tələb edirsə, o zaman inanırıq ki, o, bir az oynaq və romantik olmalıdır. Odur ki, volanlı, simmetrik olmayan və dekolteli modelləri sınaqdan keçirməyə qorxmayın. Məxmər modellər də gözəl görünəcək.

8 Martı xüsusi qeyd etməyi planlaşdırmırsınızsa, obraza sadəcə qırmızı bir element əlavə etmək kifayətdir. Bu, qırmızı sviter, ayaqqabı, çanta və digər hər hansı geyim ola bilər. Məsələn, loafer və ya balet ayaqqabıları da romantik bahar obrazı yaratmaq üçün əla seçimdir.

Oxumağa davam et
Reklam

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur