29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Azərbaycanda bu maşınlar utilizasiya olunmayacaq

02 fev 2024 08:00
GÜNDƏM
ads

Son günlər buraxılış ili köhnə olan maşınların utilizasiyası gündəmdədir. Lakin bəzi kateqoriyalı avtomobillər var ki, onların utilizasiyaya verilib-verilməyəcəyi bir çoxları tərəfindən naməlumdur.

Əsasən buraxılış ili olduqca köhnə olan və xüsusi avtomobil həvəsakarları tərəfindən restavrasiyası üçün yüksək xərclərin qoyulduğu retro maşınların aqibətinin necə olacağı olduqca maraqlıdır.

Publika.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Rövşən Həsənov Yenisabah.az-a danışıb. Ekspert retro maşınlarla bağlı utilizasiyanın təqdim olunmadığını deyib.

“Retro avtomobillər ehtiyat maşınlar sayılır və onlara utilizasiya təqdim olunmur. Bu tip maşınların gömrük rüsumları da fərqlidir. Gömrük kalkulyatorunda yük maşınları, xüsusi mexanizmə malik avtomobillər və bu tip avtomobillər də ulitizasiyaya təqdim edilmir.

Əgər könüllü formada avtomobil sahibi öz nəqliyyat vasitəsini dəyişmək istəsə, ancaq o zaman kalkulyatorda utilizasiya məbləği hesablanacaq”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur