Rusiya prezidenti Vladimir Putin fevralın 14-nə təsadüf edən Sevgililər Gününü qeyd etmir.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.
Kreml spikeri jurnalistlərin Vladimir Putinin Sevgililər Gününü qeyd edib-etməməsi ilə bağlı sualına mənfi cavab verib.
Dmitri Peskov detalları açıqlamaqdan yayınıb.
Vladimir Putin pravoslav xristianların bayramlarını qeyd edir.
Prezident 2024-cü il Milad bayramını Novo-Oqarevodakı iqamətgahında qeyd edib.
Dindarları təbrik edərək xatırladıb ki, yaxşılıq, mərhəmət və ədalət idealları sarsılmaz dəyərlər kimi Rusiya tarixində xüsusi rol oynayır.