30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

İlbər Ortaylıdan “Bozqurd” açıqlaması: Bu simvol tarixi dərinliyə malikdir

05 iyl 2024 09:00
GÜNDƏM
ads

““Bozqurd” çöllərdən başlayaraq Qurtuluş Savaşına qədər uzanan türk tarixinin bir parçasıdır”.

Publika.az xəbər verir ki, bunu tarixçi alim İlbər Ortaylı Avstriya qələbəsindən sonra Merih Demiral ilə gündəmə gələn “Bozqurd” simvolu haqqında danışarkən deyib.

Tarixçi əlavə edib ki, türk tarixində "Bozqurd" simvoldur, bütdür:

“Bu, təkcə bir partiyanın və ya qrupun simvolu deyil. Çöllərdən gələn bir millətin simvoludur. Ona görə də qurd bizim üçün əhəmiyyətli və mənalı bir heyvandır. Qurd çox qüdrətli və qüvvətli heyvandır. Ona görə də qurdun həyat və azadlıq uğrunda mübarizə aparan xalqlar üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti var. Svastika və nasistlərlə analogiya çəkmək cəfəngiyyatdır. “Bozqurd” kiminsə ağlından çıxan və sonradan yaranan simvol deyil, bir xalqın mübarizə əzmini tərənnüm edən tarixi dərinliyə malikdir”.

İlbər Ortaylı diqqətə çatıdıb ki, həmin simvol Volqa çayı boyunca da istifadə olunub:

“Xaricilər Atatürkə “Bozqurd” da deyirdilər. Atatürk də “Bozqurd” simvolunu qəbul etmişdi. Həmin simvol sikkələrdə belə istifadə olunurdu. Dövrün siyasi mühitinə görə həmin simvollar İkinci Dünya müharibəsindən sonra yığışdırılıb”.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur