Diyetoloq Rob Hobson şaurmanın zərərli yemək olması ilə bağlı məşhur mifi təkzib edib.
Publika.az xəbər verir ki, onun fikirlərini “Daily Mail” nəşri sitat gətirib.
Hobson hesab edir ki, şaurmanın təhlükələri haqqında yanlış fikir, bir çox insanın onu bol mayonez və ketçup ilə yağlı ətdən hazırlaması səbəbindən yaranıb. Ekspertin sözlərinə görə, bu yeməyi düzgün hazırlasanız, dadlı və sağlam şəkildə qəbul edə bilərsiniz. Buğda unundan hazırlanan çörəkdən istifadə edərək yağsız ət və bol tərəvəzdən istifadə etmək məsləhət görülüb.
"Ağır mayonez sousu əvəzinə qatıqdan və ya salsa tərkibli pomidor souslarından isitifadə edin" deyə, Hobson məsləhət görüb. Diyetoloqun sözlərinə görə, əsas odur ki, şaurmanın tərkibində göyərti, acı yaşıl bibər, pomidor, kahı, soğan, kələm, xiyar kimi sağlamlığı qoruyan tərəvəzlər var.
Cəmilə