Qərb müttəfiqləri Ukraynanın ona ayrılan pulları öz silahlarının istehsalına xərcləməsinə, öz maraqları üçün istifadə etməsinə mane olur.
Publika.az xəbər verir ki, bu barədə “Newsweek” yazıb. KİV-in məlumatına görə, Kiyevə ayrılan 68 milyard dollarlıq yardımın az qala 90%-i ABŞ-da xərclənir.
Məqalədə bildirilir ki, müttəfiqlər Ukrayna hərbi-sənaye kompleksinə dəstək vermək əvəzinə, bahalı xarici silahlar almaqda israrlıdırlar. Eyni zamanda, ukraynalı istehsalçılar ixrac lisenziyasının olmaması səbəbindən məhsullarını xaricə sata bilmirlər – müharibə başlayandan bəri sənədlər verilmir.
Beləliklə, dövlət sifarişlərinin olmaması səbəbindən hərbi-sənaye kompleksi şirkətləri bəzi işçilərini ixtisar etməli və istehsal gücünü azaltmalı olub və bu, birbaşa ölkənin döyüş qabiliyyətinə təsir göstərir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı statistika göstərir ki, Ukrayna son 5 ildə ən çox silah idxal edən ölkəyə çevrilib. Təchizatların əksəriyyəti – 39%-i ABŞ-dan gəlir. Almaniya və Polşa müvafiq olaraq 14 və 13% təşkil edib.
Bundan əvvəl məlum olub ki, Aİ ölkələri Avropa Sülh Fonduna beş milyard avro ödəmək əvəzinə, Ukraynaya əlavə silah göndərmək imkanını nəzərdən keçirir.
Tural