29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Prezident Mbappe məsələsindən danışdı: Kişi sözü verib

10 yan 2024 12:00
İDMAN
ads
Advertisement

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi sükutu pozub.

Publika.az xəbər verir ki, o, komandanın hücumçusu Kilian Mbappe ilə bağlı açıqlama verib. Əl-Xəlaifi futbolçu ilə cari mövsümün sonunda müqaviləni uzatmaq barədə razılaşmadan danışıb:

“Kilian təkcə böyük futbolçu deyil, həm də yaxşı insandır. Əvvəldə dediyi kimi, mənimlə müəyyən razılaşması var. Bütün detallar və nüanslar sırf bizim aramızda qalacaq, onları açıqlamaq istəmirəm. Ancaq həqiqətən razılaşma var. Bu, daha çox centlmen xarakteri daşıyır və pulla bağlı deyil. Fikrimcə, bu, sadəcə imzalanmış bir sənəddən daha əhəmiyyətlidir”.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Bu mövsüm forvard parislilərin heyətində bütün turnirlərdə 24 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna kimi qüvvədədir. Onun "Real" və "Liverpul"la danışıqlar apardığı barədə informasiyalar var.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur