ABŞ hərbi yardımı dayandırsa, Ukrayna Silahlı Qüvvələri geri çəkiləcək.
Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Washington Post"a müsahibəsində deyib.
"Biz addım-addım geri çəkilməyə məcbur olacağıq”, - Zelenski etiraf edib.
Ukrayna lideri Ukraynanın cəbhə xəttini daralda biləcəyini istisna etməyib.