Baş nazir Narendra Modinin Hindistan Xalq Partiyasının (Bharatiya Janata Partiyası) rəhbərlik etdiyi Milli Demokratik Alyans (NDA) seçkilərdən sonra ölkə parlamentinin aşağı palatasında yerlərin yarıdan çoxunu qazanıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat NDTV-də yayımlanıb.
Səslərin 85%-dən çoxu hesablandıqdan sonra açıqlanan məlumatlara görə, Modinin koalisiyası parlamentin 543 yerlik aşağı palatasında 276 yer qazanıb.
Müxalifət koalisiyası HİNDİSTAN (Hindistan Milli İnkişaf üzrə İnklüziv Alyans), o cümlədən 28 partiya 205 mandat qazanıb.
Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə NDA parlamentin aşağı palatasında 353 yer qazanmışdı.
İndi Modi ardıcıl üçüncü dəfə baş nazir postunu tuta biləcək.
Adəm