Həştərxanın rəhbəri Oleq Polumordvinov istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında məlumat verib.
Polumordvinovun dediyi kimi, ayrılmaq qərarı onun üçün asan olmayıb, lakin o, bunu qəbul etməyə “məcbur olub”. Həştərxan vilayətinin paytaxtının keçmiş meri istefanın yeni vəzifəyə keçidlə bağlı olub-olmadığını dəqiqləşdirməyib.
Beləliklə, məmur bir ay ərzində vəzifəsini tərk edən altıncı Rusiya meri olub.
Adəm Abbaslı