Rusiyanın Xalq artisti Alla Puqaçova vətənini tərk etməsi ilə bağlı sənətçi Stas Mixaylovun tənqidlərinə cavab verib.
Publika.az xəbər verir ki, sənətçi bu haqda instaqram səhifəsində paylaşım edib.
Puqaçova "ölkəni tərk edən məşhurlar hələ də diz çökəcəklər" deyən Mixaylova cavab verib.
“Stasik Mixaylov, sənə nə olub? Mənəm, səssiz müğənni, qoca Alla Puqaçova. Bəli, qarşınızda diz çökərdim, amma ayaqlar eyni ayaq deyil”, - müğənni bildirib.
A. Puqaçova onu da qeyd edib ki, normal insanların Rusiyaya qayıtmaq fikri yoxdur. O, Mixaylova "bacardıqca pul qazanmağı" tövsiyə edib.
Daha əvvəl Mixaylov bildirib ki, ölkəsini danlayan həmkarları Puqaçovanın bəyanatlarına eyham vuraraq, özlərini düzgün aparmırlar. O, Rusiyanın dünyasını dəyişən ulduzları məşhurlaşdırdığını qeyd edib və əlavə edib ki, “onlar hələ də diz üstə sürünüb ayaqlarını öpəcəklər”.
Cəmilə