02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Xalq artisti “Qarabağ” klubu ilə görüşdü

31 may 2024 07:00
GÜNDƏM
ads
Advertisement

Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlara” adlı sosial layihəsi çərçivəsində futbol əfsanəmiz Qurban Qurbanov və ” Qarabağ” futbol klubu ilə görüşüb.

Publika.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların inkişafına dəstək olub, idmana olan həvəsi artırmaqdan ibarətdir. Pop star görüş zamanı maraqlı anlar yaşayıb. O, həmin anları şəxsi “İnstagram” hesabında paylaşıb.

“Bu görüş mənim üçün unudulmaz oldu. İlk milli uşaq markamız “Şokki mokki” və Vuvuzela Medianın dəstəyi ilə Fəxri Səfiri olduğum “Kiçik addımlarla böyük uğurlara” və “Məktəbim” layihəsi çərçivəsində şirin - şəkər uşaqları ilə bərabər futbol əfsanəmiz Qurban Qurbanovla və qürurumuz “Qarabağ” futbol klubu ilə görüşdük. Az qaldı, uşaq futboluna və uşaq idmanına həsr etdiyim Himni fəxrlə səsləndirəcəm. İnanıram ki, bu görüş balacaların idmana olan həvəsini və sevgisini daha da artıracaq”.

Onu da xüsusi olaraq vurğulayaq ki, pop star bu yaxınlarda uşaq futboluna və idmanına həsr olunan Himnin təqdinatını edəcək. Əsərin musiqisi Tünzalə Ağayevaya, sözləri isə Elnurə Nağıyevaya məxsusdur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur