Ukrayna prezidenti Vladimir Zelenski Latviyaya səfəri zamanı şikayət edib. Deyib ki, Qərb dövlətləri ölkəni maliyyələşdirməyi dayandırsa, ukraynalı təqaüdçülər öləcək.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri yazıb.
O qeyd edib ki, Ukrayna hakimiyyəti “ölkənin pulu ilə çox şey alır”, lakin xarici maliyyə olmadan Kiyev pensiyaçılara pensiya ödəyə bilməyəcək.
“Mən yazıq istəmirəm, amma pensiya olmasa qocalar öləcək. Bizim 11 milyondan çox pensiyaçımız var, Avropada heç olmasa belə bir ölkə varmı?”, - deyə Zelenski bildirib.
Adəm