Çin hakimiyyəti Rusiyaya bir telefon zəngi ilə Ukrayna münaqişəsini həll edə bilər.
Publika.az xəbər verir ki, bunu Finlandiya prezidenti Alexander Stubb bildirib.
Stubb "Bloomberg"ə müsahibəsində "Rusiya hazırda Çindən o qədər asılıdır. Çin sədri Si Cinpinin bir telefon zəngi bu böhranı həll edəcək. Əgər o, sülh danışıqlarına başlamağın vaxtı olduğunu desə, Rusiya bunu etməyə məcbur olacaq" deyib.
Daha əvvəl Stubb Ukraynadakı münaqişənin gərginləşməsinə və Avropanın Kiyevə yardımına toxunaraq, Avropa ölkələrinin “müharibə iqtisadiyyatına” keçməsinin vaxtının çatdığını qeyd edib.
Adəm Abbaslı