08.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Mitsotakis hökumətdə dəyişiklik etdi

03 yan 2024 23:00
GÜNDƏM
ads
Advertisement

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis hökumətdə kiçik dəyişikliklər edib.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin rəsmi nümayəndəsi Pavlos Marinakis bildirib.

Onun sözlərinə görə, xarici işlər, milli müdafiə, iqtisadiyyat və maliyyə nazirləri vəzifələrini qoruyub saxlayıblar.

Əsas dəyişiklik polis və kəşfiyyat orqanlarının tabe olduğu idarəyə - Vətəndaşların Müdafiəsi Nazirliyinə aiddir. Onun yeni rəhbəri karyerasında beşinci dəfə bu vəzifəyə təyin olunan Mixalis Xrizoxodisdir. Xrizoxoidis 1999-2003, 2009-2010, 2012 və 2019-2021-ci illərdə bu nazirliyə rəhbərlik edib. 2023-cü ilin iyun ayından Xrizoxoidis Mitsotakis hökumətində səhiyyə naziri vəzifəsində çalışır.

Hökumət sözçüsü postunu saxlayan Marinakisin sözlərinə görə, Andreas Nikolakopoulos vətəndaşların müdafiəsi nazirinin müavini olub. Səhiyyə Nazirliyinə əvvəllər əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Adonis Corciadis rəhbərlik edəcək. Öz növbəsində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsi Domna Mixailidə keçib. İoanna Litrivi təhsil, din və idman nazirinin müavini təyin edilib.

Yeni nazirlər yanvarın 4-də prezident sarayında dövlət başçısı Katerina Sakellaropulunun iştirakı ilə and içəcəklər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur