Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb.
Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.