05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

İtaliyada 19 gürcüstanlı qadın SAXLANILDI

26 yan 2025 17:14
DÜNYA
ads

İtaliyada Gürcüstanın 19 vətəndaşı (qadınlar-red) saxta şəxsiyyət vəsiqələrinin saxlanılması və hazırlanması ittihamı ilə saxlanılıb.


 


QÜTB.AZ xarici KİV-ə istinadən xəbər verir ki, onlar İtaliyada baxıcı kimi fəaliyyət göstərirmiş.


 


Məlumatı Udine şəhər Prokurorluğu təsdiqləyib. Qeyd edilir ki, daha 17 qadın barəsində şikayət daxil olub və onlarla bağlı araşdırmalar davam etdirilir.


 


İstintaqın başlanmasına Udine Vergi Xidmətinə Gürcüstan vətəndaşları tərəfindən vergi kodu almaq üçün müraciətlərin kəskin artımı səbəb olub.


 


Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxslərin hamısında Slovakiya, Polşa və Litva kimi Avropa İttifaqına üzv ölkələrə məxsus saxta şəxsiyyət vəsiqələri aşkarlanıb. Bu sənədlər İtaliyada yaşamaq və işləmək üçün heç bir maneə yaratmadığı üçün həmin şəxslər əvvəlcə Udine Vergi Xidmətində vergi kodu əldə edir, daha sonra isə digər bölgələrə işləməyə gedirmişlər.


 


Məlumata görə, bu vəsiqələr xaricdə 600 avro müqabilində hazırlanıb.


 


Fırıldaqçılıq sxemi təsdiqini tapsa, Gürcüstan vətəndaşları İtaliyadan deportasiya ediləcəklər.



Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur