01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Pezeşkianın müşaviri azərbaycanlı namizədin nazir olmasını istəmədi

22 iyl 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Məsud Pezeşkianın yeni hökumətində təhsil naziri kimi 5 namizəddən biri olan təbrizli müəllim Mürtəza Məcidfərin adı namizədlər siyahısından çıxarılıb.

Publika.az xəbər verir ki, bu, Pezeşkianın müşaviri, keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin tapışırığı ilə edilib.

Zərif Mürtəza Məcidfərin nazirliyə namizədlikdən məhrum edilməsini “milli və dil mənsubiyyətinin olmaması” ilə əlaqələndirilib. Keçmiş xarici işlər naziri və ətrafının fikrincə, Məcidfər daha çox Azərbaycan kimliyi ilə tanındığı üçün “iranlı milli kimliyi”ndən uzaqdır.

Məcidfərin adının siyahıdan çıxarılması Məsud Pezeşkianın seçki qərargahının azərbaycanlı üzvlərinin etirazlarına səbəb olub. Onlar kampaniya başladaraq, məsələnin yenidən araşdırılmasını, Mürtəza Məcidfərin adının namizədlər siyahısına salınmasını tələb ediblər.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Mürtəza Məcidfər təhsilin idarə edilməsi üzrə fəlsəfə doktoru, həmçinin sənaye mühəndisidir. O, Azərbaycan dili və mədəniyyətinin İranda qorunub saxlanılması, inkişafı istiqamətindəki fəaliyyətləri ilə tanınır. Azərbaycanlı mədəni fəal azərbaycanlı uşaqların ana dilini öyrənib mənimsəməsi istiqamətində tədbirlər, konfranslar və festivallar keçirib.

(Axar.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur