Səudiyyə Ərəbistanından olan turist hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, Moskva otellərindən birində qarət edildiyini bildirib.
Publika.az xəbər verir ki, onun xəz paltosu və iki kaşmir paltosu yoxa çıxıb. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
19 yaşlı Alanudun dediyinə görə, o, dekabrın 29-da Moskvaya gəlib və yanvarın 9-dək “Ritz”də qalıb. Sonra 3 günlük Sankt-Peterburqa gedib. Qız çamadanı əşyaları ilə birlikdə otelin təhlükəsizlik işçilərinə təhvil verib.
Turist geri qayıdıb çamadanı götürəndə xəzinin, iki kaşmir paltosunun və çəkmələrinin yoxa çıxdığını görüb.
O, otel işçiləri ilə problemi həll edə bilməyib, polisə ərizə yazıb. Zərərçəkmiş zərəri 450 min rubl qiymətləndirib.
Tural