Türkiyə hökuməti ildə 1 milyona yaxın elektromobil istehsal etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Elektrikli avtomobillərin illik istehsalını 1 milyon ədədə çatdırmağı hədəfləyən 5 milyard ABŞ dolları dəyərində təşviq paketinə başlayırıq”, - Ərdoğan bildirib.
O xatırladıb ki, iyulun əvvəlində Türkiyə dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çinin "BYD" şirkəti ilə 1 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb: "Digər şirkətlərlə danışıqlarımız davam edir. Bu, hələ başlanğıcdır”.