01.06.25 | Bakı 18.03° C |
10:06:25
Lent :

Pezeşkian ərəb ölkəsində Azərbaycan dilində şeir dedi

29 may 2025 17:00
GÜNDƏM
ads
Advertisement

İran prezidenti Məsud Pezeşkian Omanın paytaxtı Maskat şəhərində İran vətəndaşları ilə görüşündə Güney Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın şeirini oxuyub.

Qutb.az xəbər verir ki, Pezeşkian şeiri Azərbaycan dilində səsləndirib və onun bu hərəkəti alqışla qarşılanıb. Prezident məşhur “Heydər babaya salam” şeirindən bir parça səsləndirib.

Xatırladaq ki, Məsud Pezeşkian bu il aprelin 28-də Bakıda səfərdə olarkən də Şəhriyarın “Heydər babaya salam” şeirindən bir neçə bənd səsləndirmişdi.

Məsud Pezeşkian həmin şeiri Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda söyləmişdi. İran Prezidentinin bu jesti salona toplaşan forum iştirakçılarının alqışı ilə qarşılanmışdı.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur